"İraqın şimalında və Suriyada əməliyyatlar dayanmayacaq. Son terrorçu zərərsizləşdirilənə qədər bu mübarizə davam edəcək. İnşallah Mehmetçik terrorçuları qazdıqları çuxurlara basdıracaq".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar səsləndirib. Xalqı 40 ildir başlarına gələn terror bəlasından xilas etmək əzmində olduqlarını bildirən Akar, "Mehmetçikin nəfəsi terrorçuların kürəyindədir. Hazırda ölkənin şimalında terrorçuları təqib edirik. Onlar üçün nicat yoxdur. Ya öləcəklər, ya da təslim olacaqlar. Ədalətə təslim olmaqdan başqa çarələri yoxdur". deyə nazir vurğulayıb.
Terror təşkilatının iflasa uğradığını açıqlayan Akar, "Terrorçuların liderləri ağalarından kömək diləyirlər, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarının dayandırılmasını istəyirlər. Nə İraqın, nə də Suriyanın şimalında əməliyyatlar dayanmayacaq. Bu mübarizə daha çox nəticə verəcək. İnşallah Mehmetçik terrorçuları qazdıqları çuxurlara basdırar". deyə Hulusi Akar bildirib.
Mehman Mehdiyev