Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Newscenter.az xəbər verir ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakinləri Elşad Əzizov, Güloğlan Baxışov, Şabran şəhər sakinləri Ədalət Fərzəliyev, Qafqaz Quliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Anar Əliyev