Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib


Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən Səfər Kavazovun barəsində həbs qətimkan tədbiri seçilib.

Newscenter.az bildirir ki, bu barədə qərar Xaçmaz Rayon Məhkəməsində çıxarılıb.

Belə ki, hakim Sərxan Səmədzadənin sədrliyilə keçirilən məhkəmə iclasında S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb.
Xəbəri paylaş