Türkiyədə ağır yol qəzası baş verib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə Konya şəhərində qeydə alınıb. Belə ki, Konyanın Seydişehir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
"Kamil Qoç" şirkətinə məxsus 61 ABT 768 dövlət nömrə nişanlı sərnişin avtobusu yolda təmizlik işləri aparan Otoyollara məxsus Ahmet Ecevitin idarə etdiyi 06 DOA 803 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
Dərhal hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım maşınları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Mehman Mehdiyev