"Azzərbaycan Dəmir Yolları" QSC Gürcüstanın Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat yayıb.
Newscenter.az İdarəyə istinadən bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının 1 nəfər əməkdaşı maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Anar Əliyev