Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb

Bakıda iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb


Ötən gün Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib, "Babək" adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Niyazov, Aydın Məlikov, tanışı Elman Yolçuyev və Şaiq Kazımov tutulublar. Həmin şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana və metamfetamin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan "Babək" adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməklə yanaşı, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Niyazov, Aydın Məlikov, Elman Yolçuyev və Şaiq Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.



Mehman Mehdiyev
Xəbəri paylaş