Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Myanmarda qasırğa 700 min evə zərər vurdu -ÖZƏL

Myanmarda qasırğa 700 min evə zərər vurdu


Myanmarda təxminən 700 min ev dağıdıcı Mocha qasırğasının təsirinə məruz qalaraq ciddi ziyan görüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı belə bir açıqlama ilə çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə keçirilən həftəlik mətbuat konfransında qeyd edilib ki, qasırğa ən çox Myanmarın paytaxtı Arakana ziyan vurub.

Paytaxtdakı binaların təxminən 90 faizinin zədələndiyini bildirən BMT rəsmisi bu rəqəmin ölkə daxilində təxminən 700 minə çatdığını qeyd edib. Ölkə üzrə məktəblərin isə təxminən 80%-i qasırğadan zədə görüb.


Anar Əliyev
Xəbəri paylaş