Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Newscenter.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Mehman Mehdiyev