Günümüzdə bir çoxları artıq çəkidən azad olmaq, yaxud orqanizmi daha gümrah saxlamaq üçün yaşıl çaydan istifadə edir. Araşdırmalara görə, antioksidant baxımından zəngin olan bu çay iltihabı azaldır, ürək sağlamlığına faydalı təsir göstərir, maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir, döş, prostat, kolon xərçəngi və bir çox digər xroniki xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər. Ancaq araşdırma yaşıl çayın bəzi yan təsirləri ola biləcəyini ortaya qoyub.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, professor Stiven Malnik yaşıl çayın insan orqanizmi üçün zərərini də araşdırıb. O bildirib ki, yaşıl çay yarpaqlarına bəzən müxtəlif ölkələrdə az miqdarda ağır metal qarışır. Bu isə insanda qara ciyət problemnə səbəb olur.
Bu pozğunluqlar çay bitkilərindəki toksinlərin səbəb olduğu metabolik reaksiya nəticəsində hepatitə, kəskin qaraciyər çatışmazlığına və ya bəzi insanlarda sağalması aylar və ya illər çəkə bilən qaraciyərin digər zədələnməsinə səbəb ola bilər. İndiyə qədər 100-ə yaxın belə faktın üzə çıxdığı bildirilir.
Mehman Mehdiyev