Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə növbəti avtobus qəzası, yaralılar var -ÖZƏL

Türkiyədə növbəti avtobus qəzası, yaralılar var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə baş verən qəzaya daha biri əlavə olunub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Mersin şəhərində qeydə alınıb. Belə ki, Mersinin Gülnar rayonunda mikroavtobusun aşması nəticəsində 12 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Yaralılar əraziyə cəlb edilən təcili yardımlarla yaxınlıqdakı xəstəxanalara aparılıb.

Anar TAGİYEV
Xəbəri paylaş