Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su hövzələrindən 3655 metr uzunluğunda 78 ədəd sintetik tor götürülüb

Su hövzələrindən 3655 metr uzunluğunda 78 ədəd sintetik tor götürülüb


"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində torların yığışdırılması davam edir.

Newscenter.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Astara və Xaçmaz rayonları akvatoriyasından, Kür və Həkəri çaylarından, Mingəçevir və Şəmkir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.

Aksiya zamanı sözügedən su hövzələrindən 3655 metr uzunluğunda 78 ədəd sintetik tor götürülüb.

R.Mehdiyeva
Xəbəri paylaş