Türkiyənin daha bir şəhəri leysan yağışları və sel sularına təslim olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Dənizli şəhərinə yağan leysan yağışlar küçə və prospektlər market və bir çox iş yerlərini sular altında qoyub.
Yağışla bərabər əsən güclü külək binaların damını uçurub, iri gövdəli ağacları yerindən qoparıb.
Dənizlinin ən çox zərər görən əraziləri Bayramyeri Meydanı və Mərkəzəfəndi qəsəbəsi olub.
Mehman Mehdiyev