Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Dövlət Xidmətində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib


Görüşdə Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə AİB-in Dövlət-Özəl Tərəfdaşlıq Ofisi tərəfindən 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanlarına dair müzakirələr həyata keçirilib.

Sonda keyfiyyət infrastrukturu sahəsində insan resurslarının və institusional potensialın artırılması istiqamətində Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Natiq Orucov
Xəbəri paylaş