Rusiyanın Voronej şəhərinə pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində iki nəfər yaralanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Voronejin qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, PUA şəhərin Belinsk küçəsinə düşüb.
Qubernator yaralılara lazımı tibbi yardımın göstərildiyini bildirib.
A.Qusev qeyd edib ki, hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyəti göstərir.