Bakıda idarə rəisi qəfildən dünyasını dəyişib
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev ötən gün axşam saatlarında 61 yaşında qəfildən dünyasını dəyişib.
Newscenter.az xəbər verir ki, onun anidən insult keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Ə.Rzayev uzun müddətdir Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Mehman Mehdiyev