Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərdə daha 146 hektar ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə daha 146 hektar ərazi minalardan təmizlənib


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Newscenter.az-a verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mehman Mehdiyev
Xəbəri paylaş