Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat qətlə yetirildi, həyat yoldaşı yaralandı-FOTO

Deputat qətlə yetirildi, həyat yoldaşı yaralandı-FOTO


Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb.

Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, deputatın meyiti Yeni Moskvada fərdi evin zirzəmisində tapılıb. Onun bədənində ölümlə nəticələnən zorakılıq izləri aşkar edilib. Deputatın həyat yoldaşı da bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb.

58 yaşlı Aleksandr Kolodiç Vahid Rusiya Partiyasından Xantı-Mansiysk Muxtar Dairəsi Dumasına Yuqra şəhərindən deputat seçilib. O, yerli dumanın Büdcə, maliyyə və vergi siyasəti üzrə komitəsinin sədri olub.

Xəbəri paylaş