Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kolumbiyada uşaqların 40 gün cəngəllikdə sağ qalmalarının səbəbi məlum olub -ÖZƏL

Kolumbiyada uşaqların 40 gün cəngəllikdə sağ qalmalarının səbəbi məlum olub


“Cessna 206” təyyarəsinin qəzaya uğramasından sonra Kolumbiya cəngəlliklərində 40 gün qalmış uşaqlar un və meyvə sayəsində sağ qalıblar.

Newscenter.az xəbər verir ki, bu barədə iyunun 12-də “İTV News” məlumat yayıb.

“Təyyarə qəzaya uğrayanda onlar (uşaqlar - red.) bir az un götürüb, onun köməyi ilə sağ qalıblar. Un bitdikdən sonra meyvə yeməyə başladılar", - nəşr uşaqların qohumu Fidensio Valensiyanın sözlərini sitat gətirir.

Qeyd edək ki, təyyarə qəzası mayın 1-də baş verib. Mühərriki sıradan çıxan “Cessna 206” təyyarəsində hadisə zamanı dörd uşaq olub. Təyyarədə olan 3 böyük, o cümlədən pilot həlak olub. Mayın 16-da onların meyitləri cəngəllikdə tapılıb.

Mayın 29-da kolumbiyalı xilasedicilər cəngəllikdə itkin düşən uşaqların izlərini tapıblar. Axtarış zamanı onlar ayaq izinə və dişləmə izləri olan meyvə parçalarına rast gəliblər.

Anar TAGİYEV
Xəbəri paylaş