Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 km cənubda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi hiss olunmayıb.
Anar TAGIYEV