Hazırda Belçikada yaşayan ukraynalı qaçqın lotereyada yarım milyon avro udub.
Newscenter.az xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.
Qeyd edilir ki, 500 min avro məbləğində pul mükafatını ötən il Ukraynadan Belçikaya köçən gənc qazanıb.
Qalibin adı açıqlanmır, onun 18-24 yaşlı şəxs olduğu bildirilir. O, hazırda Brüsseldə yaşayır və işləyir. Gənc uduşlu bileti yanacaqdoldurma məntəqəsində beş avroya alıb.
Anar TAGİYEV