Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub

Ermənilər Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub


İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib ki, atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

Mehman Mehdiyev
Xəbəri paylaş