Belçikanın Vlaams Belanq (Flaman Maraqları) partiyasının lideri Tom Van Qriken polis tərəfindən döyülüb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə paytaxt Brüsseldə keçirilən nümayiş zamanı yaşanıb. Belə ki, Tom Van Qrikenlə mübahiəs zamanı partiya lideri polis məmuru tərəfindən yumruqlanıb.
Qeyd edək ki, Van Qriken və bir qrup partiya üzvü ilə paytaxt Brüsseldə səhiyyə işçilərinin təşkil etdiyi etiraza qatılmaq istəyib. Polis isə qrupun etirazçılara qoşulmasının qarşısını almağa çalışıb. Bu arada partiya üzvləri ilə polis arasında mübahisə yaranıb. Mübahisə zamanı polis məmuru irqçi partiyanın liderini yumruqlayıb.
Mehman Mehdiyev