Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi heç bir halda hansısa yolun bağlanması istiqamətində hər hansı addım atmayıb. Tam əksinə, Azərbaycan münaqişə başa çatdıqdan dörd gün sonra Laçın yolunu Rusiya sülhməramlılarının nəzarətinə verməklə, Ermənistanın Qarabağla əlaqəsinin təmin olunması üçün şərait yaradıb. Lakin bu yol humanitar məqsədlər üçün nəzərdə tutulsa da, sonrakı müddətdə biz bu yoldan, eyni zamanda, erməni silahlılarının döyüş texnikası ilə təchizatı, sursat əldə etməsi və hətta 2021-ci ildə istehsal olunan minaların daşınması və ərazilərimizdə yerləşdirilməsinin şahidi olduq.
Vətən müharibəsindəki Qələbəmizdən sonra artıq aylar ötməsinə baxmayaraq, Azərbaycanın bir vətəndaşı belə öz doğma yurd-yuvasına qaytarılmayıb. Lakin Rusiya rəsmilərinin verdikləri məlumatlara görə, Ermənistandan Qarabağa çoxlu sayda erməni qaytarılıb. Onlardan bəziləri sonradan getsələr də, bir hissəsi bu günədək Qarabağda yaşamaqdadır. Maraqlı budur ki, qalib tərəf olaraq bizim öz ərazimizə qayıtmağımıza Rusiya sülhməramlıları şərait yaratmadığı halda, məğlub tərəfə bu imkanı veribdir.Rəsmi İrəvan Azərbaycanla birbaşa və ikitərəfli görüşlərdən qaçmaqla gücsüzlüyünü və müstəqil olmadığını göstərir.Ermənistanda hakimiyyətlər bir-birini əvəzləsə də, onların yönü dəyişmir. Ölkə Rusiyanın çubuğu ilə idarə olunur. İndi Ermənistanda etiraz aksiyaları keçirilir. Mitinq və yürüşlər ölkənin gələcəyi üçün keçirilmir. Bu heç Ermənistanda demokratiyanın inkişaf göstəricisi də deyil. Aksiyalar, etirazlar Rusiyaya daha çox yaxın olmaq uğrunda gedən yarışdır. Qərbin Ermənistanın Rusiyaya aid olduğunu anlamasının vaxtıdır. Ukrayna hadisələri hələ də onları bu qəflətdən ayıltmayıb. Ermənistan Rusiyanın Cənubi Qafqazda anklavı, onun vassalı, xidmətçisidir...Ermənistan rəsmiləri üzərlərinə düşən öhdəliklərə əməl etməkdənsə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməklə məşğuldurlar. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilmişdi ki, demarkasiya və delimitasiya üzrə Moskvada komissiyaların görüşü keçiriləcək. Daha sonra Ermənistanın XİN başçısı Ararat Mirzoyan TASS-a müsahibəsindəbu görüşün görüşünün keçiriləcəyi barədə məlumatı “dezinformasiya” adlandırdı.Ermənistan görüşlərdən yayınmaq, iki dövlət arasında normallaşma və sülh prosesini ləngitmək üçün bütün maraqlı tərəflərə yalan deyir, bəhanələr uydurur.Bu da onlara olan inamı itirir....
Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.....!
Yap Quba Rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova