Dünyanı bürüyən qlobal istiləşmə Çindən də yan keçməyib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkə son yarım əsrdə ən isti günlərini yaşayır.
Çinin Milli İqlim Mərkəzinin verdiyi açıqlamaya görə, sonuncu dəfə bu cür istilər 1961-ci ildə qeydə alınıb. Son günlər ölkə ərazisində havanın temperaturu 35 dərəcəyə çatıb.
Mərkəz əhaliyə əvvəlki illərlə müqayisədə dörd daha təsirli isti dalğanın baş verəcəyi xəbərdarlığı edib.
Mehman Mehdiyev