Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspora Komitəsi şəffaf deyil

Diaspora Komitəsi şəffaf deyil


"Diasporla İş üzrə Dövlət Komitəsi şəffaf deyil".

Newscenter.az [/b]xəbər verir ki, belə bir iddia ilə Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev çıxış edib. Onun spzlərinə görə, Komitə rəhbərliyi bir qrup yeni şəxslərlə guya yenilik gətirməyə cəhd edir, əksinə isə daha təcrübəli şəxslər incidilir, qurumdan uzaqlaşdırılır:

"5 ildə Fuad Muradovun rəhbərliyi ilə heç bir uğura imza atılmadı. Yalnız uğursuzluq, yalnız gözdən pərdə asmaq, bir-iki aksiya və bəyanatı çıxmaqla hər hansı konkret nəticə görən oldumu?"

Rəşad Quliyev hesab edir ki, hansısa ölkədə Komitənin aksiya keçirmək, onu dəstəkləməyə qanuni ixtiyarı yoxdur:

"Bu aksiyaları yerli təşkilatlar keçirə bilir və keçirir, amma nəyin qarşılığında? 50-60 avro dəstəyin qarşılığında. 20 ildən sonra diaspora qurumu pul qarşılığında asliyalara adam toplayır? Rəzalətdir!".

[b]Anar Əliyev
Xəbəri paylaş