Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa, İran və Rusiyanın Ermənistan üzərində ciddi siyasi təsir mexanizmi var -ÖZƏL

Fransa, İran və Rusiyanın Ermənistan üzərində ciddi siyasi təsir mexanizmi var


“Avropa ittifaqının təşkilatçılığı ilə Brüssel platformasında davam edən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair iki ölkə liderləri, Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə görüşə hazırlaşır. Bilindiyi kimi bu dəfəki diplomatik danışıqlar prosesi Qarabağda və Azərbaycanla Ermənistan arasında demarkasiya olunmamış sərhəddə hər gün Ermənistan və separatçı rejimin təxribatları üzərinə, davam edən atışmalar fonunda baş tutacaq. Bunun da səbəbləri vardır. Bu səbəblər danışıqlar prosesinin son mərhələsi yaxınlaşdıqca ən kritik qərarların qəbul edilməsi istiqamətində zəruri addımların atılması ilə bağlıdır”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi gözlənilən Brüssel görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, Ermənistan məhz bu səbəbdən zamanla təxribatlara əl atır və çalışır ki, danışıqlar prosesində Azərbaycanı öz istəklərinə uyğun olaraq məcbur etsin:

“Burda sözsüz ki, Ermənistanın işğalçı siyasətinə dəstək verən qüvvələrin də maraqları rol oynayır. Fransa, İran və Rusiyanın Ermənistan üzərində ciddi siyasi təsir mexanizmi var. Ermənistan Rusiyanın forpostu hesab olunur və Azərbaycanla sərhəddə baş verən hadisələrin arxasında məhz Rusiya və onun Qarabağda yerləşdirdiyi sülhməramlı kontingentinin xüsusi xidmətləri dayanır”.

Anar Əliyev
Xəbəri paylaş