Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri


Məlum olduğu kimi, təlim-tərbiyə işi iki tərəfin – öyrədən, tərbiyə edən müəllim və öyrənən, tərbiyə olunan şagird, başqa sözlə, təsir edən və təsir olunanlar arasında baş verən mürəkkəb bir prosesdir. Müəllim həmin prosesdə aparıcı, təşkil və idarəedici, istiqamətləndirici rola malikdir. Müəllim öz üzərinə düşən bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün, hər şeydən əvvəl ayrı-ayı şagirdləri, bütünlükdə sinif kollektivini yaxından duymalı, hiss etməli, başa düşməli, tanımalıdır. Yəni əgər müəllim bir şagirdə və ya şagird kollektivinə hər hansı cəhətdən təsir göstərmək istəyirsə, onda onları həmin təsirə məruz qalma halına ram etməyi bacarmalıdır. Ayrı-ayrı fərdlər və ya şagird kollektivi yalnız o zaman müəllimin təsirinə məruz qala bilər ki, onlar özlərini könüllü, şüurlu surətdə həmin təsirə yönəltmiş olsunlar.

Göründüyü kimi, təsir etmə və təsir olunma müəllimlə şagird arasındakı qarşılıqlı əlaqədən, daha doğrusu, bu əlaqəni tənzim edən, səhmana salan qarşılıqlı əlaqədən asılıdır. Əgər müəllimlə şagird arasındakı münasibətlər obyektiv, həqiqi köklər üzərində yaradılmışsa, bu halda həm təsir etmək, həm də təsir olunma səmərəli nəticə verə bilər.

Bu qeyd edilənlərdən aydın olur ki, məktəblərdə aparılan təlim-tərbiyə işlərinin müvəffəqiyyət və səmərəliliyi müəllim – şagird münasibətlərindən, psixoloji dildə desək, şəxsiyyətlərarası münasibətlərdən çox asılıdır.

Məlumdur ki, şagirdlərin ayrı-ayrı müəllimlərə və fənlərə münasibətləri fərdi xaraktr daşıyır. Şagirdlərin müəllimə qarşı olan subyetktiv münasibətləri nə qədər müxtəlif olsa da, bunlar tədricən sinif kollektivinin həmin müəllimə olan ümumi obyektiv rəyinə - münasibətinə çevrilir. Sinif kollektivinin bu və ya digər müəllimə münasibəti çox vaxt onun tədris etdiyi fənnə də münasibətini müəyyənləşdirir. Təsadüfi deyildir ki, bəzi məktəblərdə bu və ya digər fənn müəllimi dərs dediyi siniflərin bütün şagirdləri sevir, hörmət edir, onun dərsinə həmişə hazırlıqlı gəlməyə səy göstərirlər. Bu halın əksinədə rast gəlmək olar. Deməli, təlim-tərbiyə işlərinin müvəffəqiyyətliliyində müəllim-şagird münasibətləri mühüm əhəmiyyət kəsb edir.Şəxsiyyətlərarası münasibətlər həm ictimai, həm də psixoloji amillərlə şərtlənən səciyyəvi bir hadisədir. Bir çox mütəfəkkirlər bu hadisənin mahiyyətini açmağa səy göstərmişlər. Dünyanın bəzi ədəbiyyatlarında göstərilir ki, şəxsiyyətlərarası münasibətlər insanların xarakterindən, onların psixoloji xüsusiyyətlərindən asılıdır. Bu fikir, əlbəttə, müəyyən dərəcədə doğrudur. Lakin həmin fikirdə ictimai həyatın obyektiv qanunlarını nəzərə almayan, yaxud tamamilə inkar edən sosioloji subyektivizmin kökləri meydana çıxır. Buradan belə bir nəticə hasil olur ki, guya insanlar arasında münasibətlər əvvəlcədən məlum olmayan hərəkətlərin məcmusundan ibarətdir.

Müəllim - şagird münasibətlərin (bundan sonra şəxsiyyətlərarası münasibətlər) mahiyyətinin anlaşılmasında materialist dünyagörüşü mühüm rol oynayır. Belə ki, materializmə görə müəllim - şagird münasibətlərinin əsasını daha mühüm və öz xüsusi qanunauyğunluqlarına tabe olan maddi istehsal münasibətləri təşkil edir. Bununla yanaşı müəllim - şagird münasibətlərinə subyektiv, psixoloji amillər də öz təsirini göstərir, öz izini buraxır. Bu təsir və iz kiçik qrup və kollektivlərdə, konkret istehsal fəaliyyətində daha bariz şəkildə nəzərə çarpır.

Beləliklə, şəxsiyyətlərarası münasibətlər – real həyatda canlı, düşünən və hiss edən fərdlər arasında yaranan əlaqə və münasibətlərdir. Bu, həqiqi insanların həqiqi ünsiyyətlərindəki empirik münasibətlərdir.
Şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi və onların istənilən istiqamətə yönəldilməsi həm ictimai istehsalın, həm də məktəb tərbiyəsi təcrübəsinin təkmilləşdirilməsi üçün zəruri şərtdir

Bəs şəxsiyyətlərarası münasibətlər öz başlanğıcını haradan və necə alır? Qeyd edilməlidir ki, şəxsiyyətlər arasındakı hər cür münasibətlər öz başlanğıcını ayrı-ayrı şəxslərin bir-birini qavrayışından alır. Belə ki, ilk görüşlərdəki ünsiyyət, rəftar və davranışın məzmun və forması şəxslər haqqında müsbət, mənfi və bəzən də dəqiq olmayan, tərəddüd doğuran təəssürat yaranmasına səbəb olur. Bu təəssüratlar get-gedə dəqiqləşir, dürüstləşir və bunların əsasında şəxslər arasında müəyyən münasibət yaranmağa başlayır.Məsələn, özü barəsində xoş təəssürat yaratmış şəxsə biz müsbət münasibət bəsləyir, hətta bəzən ona güzəştə belə getməli oluruq. Əksinə, ilk görüşdə özünə qarşı narazılıq, bəlkə də nifrət hissi yaratmış şəxsə isə mənfi münasibətdə olur, hətta onunla ünsiyyətdə olmaqdan belə imtinaya meyl edirik.

Söz yox ki, ilk qavrayışlardan əldə edilmiş informasiyalar yanlış, aldadıcı ola bilər. İlk görüşlərdən özünün şirin dili, istiqanlılığı, cəlbediciliyi və s. ilə bizə son dərəcə xoş təəssürat, insan qəlbinə yaxın hisslər doğuran şəxslə daha yaxından və dərindən tanış olduqca, onun daxili aləmi, əsl üzü aşkara çıxır və yanıldığımız üçün peşiman oluruq. Bu halın əksinə də rast gəlmək mümkündür.

Bu qeyd edilənlərdən aydın olur ki, istər ayrı-ayrı şəxslər arasındakı, istərsə də kollektivlə ayrı-ayrı şəxslər arasındakı münasibətlər həmin tərəflərin biri-birilərin obyektiv surətdə qavramaları nəticəsində yaranır. Yaranmış bu münasibət sonrakı birgə ünsiyyət və fəaliyyətə öz təsirini göstərir. Başqa sözlə desək, birgə fəaliyyət tərəflər arasındakı münasibətlərdən çox asılıdır. Bu son fikri məktəbə, sinifə aid etsək, belə bir nəticəyə gəlmək olar ki, müəllim-agird münasibətləri də təlim-tərbiyə işlərinin keyfiyyətinə təsir edən mühüm amildir.

Söz yox ki, hər bir müəllim yenicə daxil olduğu sinif kollektivi, eləcə də ayrı-ayrı şagirdlərə yaradıcı əlaqə və münasibətlərin əhəmiyyətini aydın dərk edir. Buna görə də o, sinifə qədəm qoyduğu ilk dəqiqələrdən şagirdlərdə özü barəsində müsbət rəy yaratmağa cəhd göstərir. Lakin müəllimin sinif kollektivi və ayrı-ayrı şagirdlərlə lazımi əlaqə və münasibət yaratmaq üçün göstərdiyi cəhdə baxmayaraq bəzən arzu olunan nəticəni əldə etmək mümkün olmur. Çünki, əvvəla rəy birdən-birə deyil, tədricən yaranır. Digər tərəfdən həmin rəyin müsbət və ya mənfi istiqamətdə inkişafı bir çox şərtlərdən asılıdır. Bunlardan müəllimin şəxsi keyfiyyətlərini, pedaqoji bilik, bacarıq və qabiliyyətlərini, davranış və rəftarını, hətta simpatiya, yaxud antipatiya doğuran görkəmini, eləcə də kollektivdəki ayrı-ayrı şagirdlərin fərdi qavrama, dərketmə, tənqidi təfəkkür, qiymətləndirmə və s. xüsusiyyətlərini qeyd etmək olar.

Göründüyü kimi, müxtəlif forma və məzmunlu tellərlə birləşmiş müəllim-şagird münasibətləri olduqca çoxcəhətlidir. Üstəlik buraya müəllimlərin özlərinin də fərdi xüsusiyyətlərini əlavə etsək, onda müəllim - şagird münasibətlərininnə qədər mürəkkəb xarakterə malik olduğu daha da aydınlaşar.Belə olduqda bəs müəllim - şagird münasibətləri hansı əsas üzərində qurulub inkişaf etdirilməlidir? Müəllim öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmək üçün ayrı-ayrı şagirdlərlə, bütünlükdə sinif kollektivi ilə necə münasibətdə olmalıdır? Müəllim - şagird münasibətlərini əks etdirən konkret idarəetmə, rəhbərlik üslubu mövcuddurmu? Əgər belə üslublar mövcuddursa, onda bunlardan hansını məqsədəuyğun hesab etmək olar? Məktəblinin yaş dövrlərindən asılı olaraq müəllim münasibətində fərq olmalıdırmı?

Qeyd edilməlidir ki, psixoloji ədəbiyyatda müəllim-şagird münasibətlərinin yaranıb möhkəmlənməsinə ciddi təsir göstərən bəzi rəhbərlik, idarəetmə üslublarına rast gəlirik. Bunlar əsasən aşağıdakılardır:

Avtokratik tərz. Bu sinif kollektivinə, hətta fəal şagirdlərə belə məhəl qoymadan müəllimin təkbaşına rəhbərliyi ilə səciyyələnir. Belə tərzi düzgün hesab müəllim şagirdlərə öz müstəqil fikirlərini, tənqidi mülahizələrini söyləməyə, təşəbbüslərini həyata keçirməyə qəti imkan vermir. Bu tərzlə işləyən müəllim ardıcıl olaraq öz tələblərini verir və onların yerinə yetirilməsinə ciddi nəzarət edir. Bir sözlə, avtokratik tərzdə işləyən müəllim hər bir işdə hakim mövqeyə cəhd göstərir.

Nigar Məmmədova
Xəbəri paylaş