Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda Kanada şirkətlərinin fəaliyyəti məhdudlaşdırılmalıdır

Azərbaycanda Kanada şirkətlərinin fəaliyyəti məhdudlaşdırılmalıdır


"Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı bundan əvvəl də olduğu kimi Azərbaycanın ünvanına cəfəng iddialar, əsassız ittihamlar səsləndirdi və hətta Bakını sanksiyalarla hədələdi. 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasına bir dəfə də çağırış etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkkürünün nəticəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdə olarkən səsləndirdiyi cəfəng fikirləri şərh edərkən səsləndirib. Deputat vurğulayıb lo, Melani Colinin XİN başçısı kimi səriştəsizliyi də təəssüf doğurur:

"Belə ki, Colinin Ermənistanın Azərbaycanla sərhəddə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalara bələd olmadığının göstəricisidir".

"Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası isə Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Bu ölkənin Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir", deyən Jalə Əhmədovanın qənatəincə, Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur:

"Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Başa düşərdi ki, bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır.
Kanada şirkətlərinin Azərbaycanda fəaliyyətinə gəlincə isə, qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı yoxdur", -deyə deputat bildirib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş