Azərbaycan Fransaya neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək
"Fransa çalışır ki, Ermənistanı silahlandırmaqla bölgədəki qüvvələr nisbətlərini süni şəkildə dəyişdirsin və bununla da Ermənistandan regiondakı proseslərə təsir vasitəsi kimi istifadə etsin". Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Fransa ilə Ermənistan....
Peşə təhsil müəssisələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi üçün müsabiqə elan edilir
Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) peşə təhsil müəssisələrinin (PTM) innovativ təşəbbüslərinin dəstəklənməsi məqsədilə müsabiqə elan edir. Newscenter.az xəbər verir ki, müsabiqə “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində....
İranın Azərbaycanla əlaqələrində obyektiv mövqe tutması yaxın perspektivdə aydın olacaq.
Tehranda 3+3 formatı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli görüş keçirdi. Belə bir görüşə Tehran özünün vasitəçiliyi kimi təqdim edir. Ermənistan Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə müddətdə Tehranın vasitəçiliy istəyinə Azərbaycan isti baxmayıb.....
“Mustafa Kamal Atatürk - 2023”: Azərbaycan və Türkiyə hərbçilərinin fəaliyyəti yüksək qiymətləndirilib
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Təlim qərargahına....
Əli Nağıyev: "Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır"
Azərbaycanda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları" və “Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır.....
Paranoid pozuntu hansı ciddi fəsadlara yol açır?
İnsanlarda tez-tez müşahidə olunan hallardan biri də şizofreniya xəstəliyidir. Sözügedən problemin meydana gəlməsinə müxtəlif səbəblər göstərilir. Bunun meydana gəlməməsi üçünsə, problemə yol açan amillərin ilkin mərhələdə aradan qaldırılması məqbul sayılır. Newscenter.az-ın xəbərinə görə,....
Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən....
Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, hava şəraitinin əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz....
Makaron sənayesində hədəf dünya liderliyidir
Türkiyə makaron sənayesində dünya liderliyini qazanmağı qarşıya hədəf qoyub. Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Makaron Sənayeçiləri Dərnəyinin (TMSD) prezidenti Aykut Göymen verib. Bildirib ki, bu ilin 9 aylıq dövründə 700 milyon dollarlıq makaron ixrac olunub. Cari ilin....
Türkiyədə maliyyə xidmətlərinə etimad indeksi aşağı düşüb
Türkiyədə maliyyə xidmətlərinə etimad indeksi açıqlanıb. Newscenter.az Türkiyə Mərkəzi Bankasına istinadən bildirir ki, ölkədə maliyyə xidmətlərinə etimad indeksi oktyabr ayında sentyabr ayına nisbətən 15,7 bal azalıb. Nəticə etibarilə etimadlılıq 152,5 bal təşkil edib. Açıqlamada qeyd edilib ki,....
Azərbaycana gətirilən telefonların qeydiyyata alınmasına görə yeni rüsumlar müəyyənləşdi
Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılmasına dair layihə III oxunuşda qəbul edilib. Newscenter.az-ın xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında"....
Məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün təlimlər keçirilir
“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlimlər davam edir. Newscenter.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün keçirilən növbəti təlim Nərimanov rayonu üzrə körpələr evi və uşaq....
Azərbaycan Ermənistanın heç bir vəchlə silahlandırılmasına imkan verməməlidir
"Ermənistanın Azərbaycan qarşısında səviyyəsi elədir ki, ona kimin kömək etməsindən asılı olmayaraq Azərbaycana heç bir təhlükə yarada bilməz". Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən....
Dövlət Xidmətinin nümayəndələri Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) illik konfransında iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərliyi ilə nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) 22-ci illik konfransında....
Vaqif Xaçatryan məhkəmədə Azərbaycan xalqından üzr istəyib
“Vaqif Xaçatryan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir”. Newscenter.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən....
Parlament “Polis haqqında” qanuna dəyişiklikləri son oxunuşda təsdiqləyib
Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq. Newscenter.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə daxili işlər....
Prezident bir neçə ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. Newscenter.az xəbər verir ki, dövlət başçısı həmin gün İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin....
Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 16 məsələ var
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Newscenter.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Energetika haqqında” qanun layihəsi (üçüncü oxunuş) 2.....
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə....
Dövlət Komitəsindən XANKƏNDİ AÇIQLAMASI
Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki....