Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycanla əlaqələrində obyektiv mövqe tutması yaxın perspektivdə aydın olacaq.

İranın  Azərbaycanla əlaqələrində obyektiv mövqe tutması yaxın perspektivdə aydın olacaq.


Tehranda 3+3 formatı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli görüş keçirdi. Belə bir görüşə Tehran özünün vasitəçiliyi kimi təqdim edir. Ermənistan Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə müddətdə Tehranın vasitəçiliy istəyinə Azərbaycan isti baxmayıb. Bunun da obyektiv və subyektiv səbəbləri var idi. Əsas səbəb isə, İranın Azərbaycan ərazilərinin Ermənistanın işğalında qalmasında maraqlı olması idi.

Artıq münaqişə bitib, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. İkinci Qarabağ müharibəsindən sonra, iki il ərzində Tehran regionla bağlı mövcud reallıqla barışmasa da sonda "3+3"formatını da qəbul edərək, əməkdaşlığa dayanan mövqe ortaya qoyana bənzəyir. İranın nə qədər əməkdaşlıqda maraqlı olacağı yaxın perspektivdə məlum olacaq. Məhz Azərbaycan da Tehranda "3+3" formatında Ermənistan xarici işlər nazirlərinin görüşündə problem görmədi. Bu, bir növ İrana jest idi. Tehran regional siyasətdə Azərbaycana qarşı sərt mövqe sərgiləməyəcəyi sözünü verib. Amma, İran hakimiyyətindən fərqli olaraq SEPAH və onun nəzarətində olan media qurumları Azərbaycana qarşı informasiya savaşını dayandırmır.

İranın Ermənistan və Azərbaycanla sülh müqaviləsinin bağlanmasında əsas vasitəçiliyi isə, mümkün deyil. Bunun üçün nə hüquqi nə də siyasi müstəvidə beynəlxalq imicə malik deyil. Bundan əlavə, Azərbaycan İran əlaqələrinin inkişafı Tehranın atacağı addımlardan asılı olacaq. Azərbaycanın apardığı regional siyasətin uğurudur ki,Tehran Azərbaycanla normallaşma xətti götürüb.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini
Xəbəri paylaş