"Fransa çalışır ki, Ermənistanı silahlandırmaqla bölgədəki qüvvələr nisbətlərini süni şəkildə dəyişdirsin və bununla da Ermənistandan regiondakı proseslərə təsir vasitəsi kimi istifadə etsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq sazişini şərh edərkən səsləndirib. Yusif Bağırzadə daha sonra bunları qeyd edib:
"Amma məsələ ondadır ki, Ermənistanın Qərbə yönəlik siyasəti və Fransanı bölgəyə gətirmək cəhdləri onların özü üçün baha başa gələ bilər. Belə ki, nə Rusiya, nə də Ermənistanın müttəfiqi olan İran buna heç bir halda imkan verməyəcəklər".
Politoloq deyib ki, o cümlədən Azərbaycan özü də Fransaya Ermənistanı silahlandırması və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək.
Anar Əliyev