İnsanlarda tez-tez müşahidə olunan hallardan biri də şizofreniya xəstəliyidir. Sözügedən problemin meydana gəlməsinə müxtəlif səbəblər göstərilir. Bunun meydana gəlməməsi üçünsə, problemə yol açan amillərin ilkin mərhələdə aradan qaldırılması məqbul sayılır.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, paranoid pozuntunun qarşısı alınmadığı təqdirdə o şizofreniyaya yol aça bilir:
"Paranoid şəxsiyyət pozuntusu nədir sualına cavab axtarsaq deyə bilərik ki, paranoya, mənası olmayan qurğu və formalaşmlş düşüncə tərzi, hamidan şübhələnmək deməkdir. Bəs, bu problemlə üzləşən insanlar terapiya olunmasa, nə baş verər? Mütləq buna diqqət etmək lazımdır. Çünki pozuntu irəllədikcə şizofreniyaya çevrilə bilər".
Psixoloq deyir ki, nəticə etibarilə iş, ailə və sosial münasibətlərdə problemlər yarana bilə:
"Həmçinin bu pozuntunun şiddətə meyilli olduğu unudulmamalı və mütləq profilaktik tədbirlər görülməlidir".
Anar Əliyev