"Ermənistanın Azərbaycan qarşısında səviyyəsi elədir ki, ona kimin kömək etməsindən asılı olmayaraq Azərbaycana heç bir təhlükə yarada bilməz".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən səsləndirib. O bildirib ki, Fransanın Ermənistana hansısa hücum silahları verməsi Ermənistanı Azərbaycan üçün potensial hədəf halına gətirir:
"Azərbaycan dövləti Ermənistanın aqressor ölkə kimi silahlanmasına qadağa tətbiq etməlidir. Buna imkan vermək olmaz. Ermənistan silahlanma ilə heç nə edə bilməz, amma bu, əgər Azərbaycana yönəlik olacaqsa, ən azı bizim insanlarımızın həlak olmasına səbəb olacaq. Odur ki, Azərbaycan dövləti Ermənistana silahlanma əlamətləri gördüyü anda preventiv zərbələr endirməlidir".
Politoloq deyib ki, bu, regionun təhlükəsizliyi üçün də təhdiddir:
"30 illik təcrübə bunu deməyə əsas verir. Azərbaycan Ermənistanın heç bir vəchlə silahlandırılmasına imkan verməməlidir. Ermənistan adekvat ölkə deyil. Onun toplumunun düşüncəsi əgər hələ də dəyişməyibsə, onların üzərində nəzarət olmalıdır. Region ölkəsi kimi Ermənistana bu durumda nəzarət işini Azərbaycan həyata keçirməlidir. Çünki Azərbaycanın ən əsas ziyan çəkən ölkə kimi buna haqqı çatır".
Anar Əliyev