Dərbənd azərbaycanlıları ilə bağlı dövlət olaraq siyasətimiz olmalıdır. Borçalını, Cənubi Azərbaycanı gündəmdə saxlayırıq. Amma, Dərbənd yada düşmür.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Dərbənddə 200 minə yaxın azərbaycanlı yaşayır:
"Dərbənd qədim və tarixi Azərbaycan şəhəridir. Azərbaycan tarixində Dəmir Qapı Dərbənd, Dədəqorqud dastanı bu şəhərlə bağlıdır. Dərbəndi Rusiya imperiyası işğal edib. Azərbaycan Respublikası öz tarixi torpaqları ilə həmsərhəddi".
Anar Əliyev