Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astananın Yerevanla hərbi əməkdaşlığının region üçün müəyyən riski var

Astananın Yerevanla hərbi əməkdaşlığının region üçün müəyyən riski var


Türkdilli Dövlətlər Təşkilatının üzvü olan Qazaxıstan Özbəkistanla hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyi qərarlaşdırıb. Hər halda dünən Ermənistanın müdafiə naziri Suren Papikyan qazaxıstanlı həmkarı Ruslan Jaksılıkovun dəvəti ilə bu ölkəyə səfər etməsi və iki ölkə arasında hərbi əməkdaşlıq planının imzalanması belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ( KTMT) müttəfiqdir. Onun sözlərinə görə, buna baxmayaraq Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev və indiki prezident Q. Tokayev Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyiblər:

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadığına görə Astananın Yerevanla hərbi əməkdaşlığının region üçün müəyyən riski var. Həmçinin bu Azərbaycan Qazaxıstan arasında münasibətlərdə müəyyən dərəcədə suallara gətirib çıxara bilər.
Təbii ki, Qarabağ münaqişəsi həll edilib amma, iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb. Qazaxıstan tərəfi münaqişənin həll edildiyinə görə, Ermənistanla hərbi əməkdaşlıqda problem görməyə bilər. Regionda situasiya dəyişə bilər və rəsmi Bakı Astanaya bununla bağlı öz mövqeyini çatdırmalıdır".

Məhəmməd Əsədullazadə deyib ki, Qazaxıstan və Azərbaycan Türk dövlətləri Təşkilatında sıx əməkdaşlıq edir. Hər iki ölkə Türk birliyinin siyasi-iqtisadi və hərbi birlik modelində daha səmərəli bir təşkilata çevrilməsində maraqlıdır:

"Həmçinin ikitərəfli əməkdaşlıq inkişaf edir. Görünür, Qazaxıstanla əlaqələri daha da inkişaf etdirmək və Türkiyə səviyyəsinə çatdırmaq üçün xeyli siyasi işlər tələb olunur.
Ümumiyyətlə, Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığına ehtiyac yoxdur. Sadəcə Ermənistan Azərbaycanın müttəfiqləri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. İki ölkə arasında sülh müqaviləsi bağlanmadığına görə, Azərbaycan Qazaxıstana diplomatik nəzakətlə öz mövqeyini çatdırmalıdır. Azərbaycan və Qazaxıstan Türk modelinə üstünlük verirsə, müttəfiqlik yolunda irəliləyiş əldə edirsə, Qazaxıstan Ermənistanla hərbi əməkdaşlığına ehtiyac yoxdur. Buradan Qazaxıstanın deyil, Ermənistanın qazancı aydın görünür".

Süleyman
Xəbəri paylaş