Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsi davam edəcək

Rusiya-Ukrayna müharibəsi davam edəcək


"Rusiya prezidenti V. Putin "Valday" diskusiya klubunda çıxışını tam olaraq Qərbə həsr etmişdi. Ukraynanın son aylar Rusiyanın ərazilərinə sarsıdıcı zərbələri, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi, yeni raketlər verməsi V. Putini aqressiv mövqe ortaya qoymağa sövq edib. V. Putin hesab edirdi ki, Qərb Alyansını parçalayacaq və Ukraynada istədiyini edib iki qütbülü siyasi nizam quracaq. Amma, ABŞ və Avropanın fikir ayrılıqlarını kənara qoyub vahid cəbhədə birləşməsi, V. Putinin planlarının üstündən xətt çəkmiş oldu".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, V. Putin Ukraynada hərbi əməliyyatlarla planını reallaşdıra bilmədiyi üçün nüvə təhdidini qabardır:

"ABŞ başda olmaqla NATO-nun Rusiyanın artıq nüvə təhdidlərinə eyni tonda cavab verməsi, Kreml rəhbəri üçün "soyuq duş" efekti yaradıb. "Valday" diskusiya klubunda V. Putin geri çəkilmədiyini və döyüşəcəklərini elan etdi.

V.Putin üç il ərzində var qüvvəsi ilə döyüşür. Amma, Ukraynanın şərqində ilişib qalıb. Buna baxmayaraq, Avropanın digər ölkələrinin təhlükəsizliyini təhdid edir. Məhz ABŞ və Avropa bundan sonra, Ukraynaya tam hərbi yardımlar göndərməyə başlayır. Bununla da Rusiya ilə döyüşməyə başlayırlar. Artıq, Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir. Ona görə də V. Putin Ukraynanın Atom Elektrik Stansiyalarinı hədəf göstərir. Bununla, nüvə çirkləndirməsinə gedəcəyindən çəkinmədiyi mesajıni verdi. Halbuki, Ukraynanın Rusiyanın istənilən regionunda AES vurmaq potensialı var. Bunu Ukrayna dəfələrlə sübut edib. Eyni aqibəti Ukrayna Rusiyaya yaşada bilər".

Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsi davam edəcək, ancaq nüvə silahına əl atılmayacaq:

"Rusiyaya hərbi təzyiqlər artıqca, V. Putin D. Trampla yenidən bir araya gəlməyə çalışacaq".

Süleyman
Xəbəri paylaş