Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə TDT üzvləri ilə 5 ildə 62,6 milyard dollarlıq ticarət həyata keçirib

Türkiyə TDT üzvləri ilə 5 ildə 62,6 milyard dollarlıq ticarət həyata keçirib


Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə ikitərəfli ticarəti son 5 ildə 62,6 milyard dollara çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Türkiyənin üzv ölkələrlə strateji ticarət tərəfdaşlığı var və bu ölkələrlə ikitərəfli ticarəti son illərdə sürətlənib.

2020-2024-cü illər ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ümumi ixrac 36,6 milyard dollara çatıb.

Eyni dövrdə bu ölkələrdən ümumi idxal təxminən 26 milyard dollar təşkil edib.


Süleyman
Xəbəri paylaş