
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar töhfə verəcək.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan deyib. O bildirib ki, planlaşdırılan 5G tezliyi tenderi və ondan sonrakı tam əhatə prosesinin Türkiyə iqtisadiyyatına 100 milyard dollar töhfə verəcəyi və 2030-cu ilə qədər 1,5 milyon yeni iş yerinin yaradılması gözlənilir.
Sayan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 5G texnologiyası ilə yeni qanunvericilik ilinə daxil olmasının rəqəmsal transformasiya səyahətinə sadiqliyinin konkret təzahürü olduğunu bildirib.
O, Parlamentin himayəsi altında həyata keçirilən pilot proqramı "bütün ölkəyə yönəlmiş yüksək sürətli əlaqə vizyonunun qabaqcılı" olaraq xarakterizə edərək, bu təşəbbüsün təkcə texnoloji inkişafı deyil, həm də Milli Texnologiya Təşəbbüsünün və Türk Yüzyılının ən mühüm dəstəkçilərindən birini təmsil etdiyini vurğulayıb.
Mehman Mehdiyev