Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Özbəkistan 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək


Özbəkistan 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Beynəlxalq Astronavtika Konqresi (IAC) ilk dəfə Özbəkistanda keçiriləcək.

Bu qərarın Avstraliyanın Sidney şəhərində keçirilən həmin konqres zamanı verildiyi və bunun üçün qədim Səmərqənd şəhərinin seçildiyi vurğulanır.

Bu, Özbəkistan və bütün Mərkəzi Asiya üçün kosmik sektorda yeni eranın başlanğıcı kimi xarakterizə edilir.

Səmərqənddə keçiriləcək konqresdə 10 mindən çox beynəlxalq qonağın iştirakı gözlənilir.

Bunun turizm, xidmətlər, beynəlxalq sərgilər və sahibkarlıq sahələrində əhəmiyyətli iqtisadi təkan verəcəyi gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi (IAC) hər il dünyanın müxtəlif ölkələrində keçirilir və elm, mühəndislik, texnologiya və kosmik siyasət sahələrində ən mühüm qlobal tədbirlərdən biridir.

Süleyman
Xəbəri paylaş