Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin TDT-yə üzv ölkələrlə ən böyük ticarəti Azərbaycanla olub

Türkiyənin TDT-yə üzv ölkələrlə ən böyük ticarəti Azərbaycanla olub


Türkiyənin Türk Dövlətləri Təşkilatına üzv ölkələrə ixracatında Azərbaycanın xüsusi payı var və öndə gedir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Ankaranın ən çox ixrac etdiyi ölkə 12,8 milyard dollarla Azərbaycan olub.

Maşınlar, mexaniki avadanlıqlar, plastik məmulatlar və onlardan hazırlanan məmulatlar və motorlu nəqliyyat vasitələri bu ölkəyə əsas ixracat təşkil edib. Həmin dövrdə Azərbaycanın idxalı 5,3 milyard dollara çatıb, mineral yanacaq, pambıq, alüminium, dəmir və polad idxalda birinci yeri tutub.

İki ölkə arasında ticarət əlaqələri “bir millət, iki dövlət” yanaşmasını rəhbər tutaraq strateji cəhətdən inkişaf edir. Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum Boru Kəməri (BTE), Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi layihələr vasitəsilə Türkiyə üzərindən Avropaya nəqli ölkəni regional enerji dəhlizinə çevirir.

Süleyman
Xəbəri paylaş