Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun İlham Əliyevlə görüşməsi mövcud reallığı qəbul etməsindən irəli gəlir

Makronun İlham Əliyevlə görüşməsi mövcud reallığı qəbul etməsindən irəli gəlir


"Azərbaycan Prezidenti İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagenə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısına dəvət alması və bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlər, bir daha ölkə başçısının yürütdüyü doğru siyasətin nəticəsi olaraq qiymətləndirmək lazımdır.

İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti Emanuel Makronla görüşü və iki lider arasında səmimi görüntülər, Zirvə toplantısı çərçivəsində ən maraq doğuran görüşlərdən biri olaraq yer alıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Fransa Prezidenti İlham Əliyevlə söhbəti zamanı Ermənistanla əldə olunan sülh gündəliyindən dolayı müsbət nəticələr münasibətilə Azərbaycan Prezidentini təbrik edib:

"İki lider arasında həmçinin iki ölkə arasında əlaqələrin mövcud durumu və perspektivləri müzakirə olunub. İlham Əliyevin, Ermənistan və Azərbaycan arasında ABŞ Prezidenti Donald Trampın səylərini xüsusi olaraq qeyd etməsi, Fransa Prezidenti Emanuel Makaronun bu istiqamətdə əvvəlki mövqeyinin əsassız olduğunu göstərdi və Makronun təbrikini qəbul edən Azərbaycan Prezidenti, mövcud durumu və reallığı qəbul etməkdən başqa seçimi qalmayan Fransa Prezidenti qarşısında bir daha haqlı mövqeyinin arxasından bir addım belə geri çəkilməyəcəyini sərgilədi".

Çingiz Şahbazi deyib ki, Fransa Prezidenti Emanuel Makaron, dünya siyasətində öz ağırlığı olan siyasətçilərdən biridir və nə etdiyini heç şübhəsiz bilir:

"Azərbaycanla münasibətlərin yenidən qurulması və inkişafı, heç şübhəsiz ki, regiondakı reallıqları və Cənubi Qafqazın potensial gücünü nəzərə almaq deməkdir. Bu baxımdan Makronun İlham Əliyevlə görüşü və isti münasibətlər fonunda görüntüləri, mövcud reallığı qəbul etməsindən irəli gəlir və hesab edirəm ki, Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında münasibətlərin qurulması istiqamətində Fransa öz köməyini göstərməlidir".

Anar Əliyev
Xəbəri paylaş