
"Azərbaycanın regionda yaratdığı reallıq tək Fransanın yox, bütün dünyanın qəbul etdiyi reallıqdır. Fransanın bunu bir az gec anlaması isə Makronun inadının nəticəsi idi".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai siyasi məsələlər üzrə katibi Azər Qasımov Azərbaycan və Fransa prezidentlərinin görüşünü şərh edərkən səsləndirib. O deyib ki, Makronun saxta yekəxanalığı az qala Ermənistanın başında patlayacaqdı:
"Amma Paşinyan Makronun ipi ilə quyuya düşmədi. O yaxşı başa düşdü ki, 44 günlük müharibə dövründə dəfələrlə Makron da daxil bir neçə dünya liderinə zəng etdi, amma nəticəsi olmadı. Ona görə də əslində, kimin əlində real gücün olduğunu gördü və kiminlə yan-yana getməyin onlar üçün daha yaxşı olacağını başa düşdü. Bundan sonra Makron da bunu anladı".
Azər Qasımov deyib ki, Azərbaycanın Fransanın dənizaşırı torpaqlarında neokolonializm əleyhinə proses başladandan və Azərbaycan bayraqları Yeni Koledonyada kanak xalqının əllərində küçədə etiraz mitinqlərində görünəndən sonra Makron Azərbaycanın əsl gücünü anladı:
"Hesab edirəm ki, Fransa artıq Azərbaycanla sivil şəkildə vaxtilə mövcud olan ikitərəfli münasibətlərə qayıtmaq yolunu tutub".
Süleyman