
Özbəkistanın Cənubi Afrika Respublikasında ilk səfiri fəaliyyətə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu vəzifəyə Əşrəf Xocayev təyin edilib.
Özbəkistanın bu ölkəyə səfir təyinatı barədə Cənubi Afrika prezidenti X sosial şəbəkəsində də məlumat verib.
“Zati-aliləri Prezident Siril Ramafosa Pretoriyadakı Sefako Makqatho Prezident Otelində etimadnaməsini təqdimetmə mərasimində Özbəkistan Respublikası missiyasının rəhbəri doktor Əşrəf Xocayevdən etimadnaməsini qəbul edib”, - deyə Ramafosa yazıb.
Qeyd edək ki, Əşrəf Xocayev bundan əvvəl Özbəkistanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Süleyman