
Qazaxıstan Türkiyənin Orta Asiyada əsas ticarət tərəfdaşı kimi seçilir. Türkiyə bu bölgəyə investisiya yatıran ilk beş ölkə arasındadır.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb. Məlumatda bildirilib ki, Avrasiyada əsas nəqliyyat və ticarət marşrutu olan Orta Dəhliz Türkiyə ilə Qazaxıstan arasında ticarət üçün strateji hesab olunur.
İyul ayında Qazaxıstanla Orta Dəhlizlə bağlı imzalanmış dəmir yolu sazişi bu marşrut üzrə dəmir yolu ilə yükdaşımaların həcmini və xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır. Bu əməkdaşlığın Türkiyə və Qazaxıstanın qlobal logistikadakı rolunu daha da gücləndirəcəyi gözlənilir.
Süleyman