Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda küləyin sürəti saniyədə 15 metrədək güclənib

Bakıda küləyin sürəti saniyədə 15 metrədək güclənib


Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Newscenter.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 17:00-a olan məlumatına əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.

Sona
Xəbəri paylaş