Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalıların əksəriyyəti Baydenin ağıllı olduğuna inanmır

Amerikalıların əksəriyyəti Baydenin ağıllı olduğuna inanmır


Birləşmiş Ştatların prezidenti Co Baydenin ruhi sağlamlığının yerində olmaması ilə bağlı gəzən söhbətlər amerikalılarda növbəti seçkilərdə Baydendən qurtulmaq əminliyi yaradıb. Elə ölkədə keçirilən rəy sorğusu da onu deməyə əsas verir ki, amerikalılar Baydenin sağlam olduğuna inanmır.

Newscenter.az xarici KIV-ə istinadən bildirir ki, Associated Press (AP) tərəfindən NORC İctimai Əlaqələr Mərkəzi ilə aparılan sorğuda 18 yaşdan yuxarı 1102 iştirakçıya “Co Baydenin psixi sağlamlığının prezident kimi effektiv fəaliyyət göstərməsinə nə qədər inanırsınız?” sualı verilib.

İştirakçıların 63 faizi prezident Baydenin “ruhi sağlamlığına” inanmadıqlarını bildirsələr də, 20 faizi inandığını, 17 faizi isə müəyyən qədər güvəndiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı eyni sualı cavablandıran iştirakçıların 57 faizi Trampın “ruhi sağlamlığına” şübhə etdiyini, 28 faizi ona güvəndiyini, 15 faizi isə müəyyən qədər güvəndiyini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş