Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə münasibətlərini sifarişli aksiyalarla zəiflətmək mümkün deyil

Azərbaycan-Türkiyə münasibətlərini sifarişli aksiyalarla zəiflətmək mümkün deyil


Bu ünsürlərin məhz 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlığı Günündə ölkəmizin İstanbuldakı Baş Konsulluğunun binası qarşısında yığışaraq Azərbaycanın əleyhinə təxribatçı aksiya keçirmələri heç də təsadüfi deyildi. Bu addımın arxasında dayanan əsas məqsədin sadəcə etiraz bildirmək deyil, daha çox Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq, iki qardaş ölkə arasında formalaşmış güclü həmrəyliyi zədələmək olduğu aydın sezilir. Bəli, onların başlıca amacı, məqsədi Türkiyə-Azərbaycan birliyini, qardaşlığını sarsıtmaqdır.
Çox təəssüf ki, məqsədli şəkildə ictimai rəyi çaşdırmağa, gərginlik yaratmağa və münasibətlərə zərər vurmağa hesablanan bu kimi davranışlar göstərir ki, onlar üçün birlik, qardaşlıq anlayışları heç bir dəyər kəsb etmir. Azərbaycanda da Türkiyə ilə münasibətlərin zəifləməsini istəyən qüvvələr mövcuddur. Həm onlar, həm də bunlar sanki eyni mərkəzdən idarə olunurlarmış kimi, eyni məntiqlə hərəkət edir, məqsədli şəkildə suyu bulandırmağa çalışırlar.
Ancaq Azərbaycan-Türkiyə əlaqələri sıradan münasibətlər deyil. Bu əlaqələr uzun illər ərzində sınaqlardan çıxmış, qarşılıqlı etimad, tarixi yaxınlıq, ortaq dəyərlər və siyasi iradə üzərində qurulmuş möhkəm bir əməkdaşlıq modelidir. Şuşa Bəyannaməsi isə bu münasibətlərə yeni və daha güclü hüquqi-siyasi əsas verərək onları strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Məhz bu sənəd Azərbaycan və Türkiyə arasında əlaqələrin yalnız dostluq və qardaşlıq çərçivəsində deyil, həm də rəsmi strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqlədi.
Şuşa Bəyannaməsi ilə daha da möhkəm siyasi zəmin qazanan Azərbaycan-Türkiyə münasibətlərini belə hibrid üsullarla, sifarişli aksiyalarla və ya informasiya manipulyasiyaları ilə sarsıtmaq, zəiflətmək mümkün deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmadan, usanmadan addım-addım strateji ortaqlıq, tərəfdaşlıq səviyyəsinə yüksəltdikləri bu möhtəşəm birliyimizi heç bir qüvvə poza bilməz. Əksinə, belə cəhdlər yalnız bu birliyin nə qədər güclü və strateji xarakter daşıdığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyə arasında qurulmuş bu möhtəşəm əlaqələri zəiflətmək, yönünü dəyişmək və ya zədələmək istəyənlər unutmamalıdırlar ki, bu ittifaq təsadüfi deyil, tarixin, taleyin və ortaq siyasi iradənin məhsuludur. Buna görə də belə cəhdlər nə qədər davam etsə də, heç bir nəticə verməyəcək. Boşuna əmək sərf etməyin, zəhmət çəkməyin!

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş