
"3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu həmçinin Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunmasına aparan tarixdir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, son 33 il Azərbaycan tarixinə iqtisadi tənəzzülə qarşı mübarizə, stabillik və sürətli iqtisadi artım dövrləri kimi daxil oldu:
"1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollaradək artmışdır.
Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, son 33 il ərzində dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb. Son 33 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata yüksəlib".
Millət vəkili diqqətə çatdırıb ki, son 33 ildə Azərbaycanın bütün iqtisadi göstəricilərində ciddi artımlar qeydə alınıb:
"Bu inkişafın banisi Ümummilli Liderdir. İnkişafın dayanıqlığını gücləndirən isə cənab Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən strateji siyasət olmuşdur".
Süleyman











































