
Səfər Karakoyunlu: “Evləri şüşədən olanlar qardaşlarının evlərinə daş atmamalıdırlar!”
“Hər bir müstəqil dövlətin öz konstitusiyası, qanunları, dövlət anlayışı və özünəməxsus mövqeyi var. Heç bir dövlət özünü başqa bir dövlətin suverenliyini və daxili işləri ilə bağlı qərarlarını öz standartlarına uyğun olaraq sorğulamağa haqlı hesab edə bilməz. Tənqid ola bilər, ancaq bu zaman suveren qanuna hörmət vacibdir”.
Newscenter.az xəbər verir ki, bunları İSTAD prezidenti və TADEF mətbuat katibi Səfər Karakoyunlu deyib.
Türkiyə-Azərbaycan münasibətlərinin gündəlik siyasi müzakirələrdən çox kənarda olan tarixi və sosial bir bağ olduğunu deyən Karakoyunlu, “Qardaşlıq bir-birinin hər hərəkətini sorğu-sualsız təsdiqləmək demək deyil. Əlbəttə ki, bir şeyin səhv olduğunu görəndə səsimizi çıxaracağıq. Amma tənqidi düşmənçiliklə qarışdırmamaq lazımdır”,-deyə vurğulayıb.
İşğal illərində Azərbaycanın çəkdiyi əzablara diqqət çəkən İSTAD rəhbəri bunları deyib:
"Dünyanın gözü qarşısında Azərbaycan ərazisinin təxminən 20%-i işğal ediləndə, təxminən 1 milyon insan didərgin salınanda, minlərlə insan həyatını itirəndə və Xocalıda böyük bir insanlıq faciəsi baş verəndə harada idiniz?. Əgər həqiqətən səmimisinizsə, əvvəlcə yetimlərin hüquqlarını istismar edənlərə, dövlət xəzinəsinə və ictimai vəsaitlərə əl atanlara etiraz edin. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığa Azərbaycan vasitəsilə zərər vurmağa çalışmaq nə ədalətli, nə də doğrudur”.
Müxtəlif siyasi və ideoloji yanaşmaların Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməməli olduğunu vurğulayan Karakoyunlu deyib ki, panislam və ya digər siyasi əsaslandırmalara dayanan yanaşmaların Türk qardaşlığımızı pozmasına icazə verməyəcəyik:
“Biz Azərbaycan işğal edildikdə və Xocalı faciəsi zamanı susub, indi bizə Azərbaycan vasitəsilə qardaşlıq haqqında dərs deyənləri qəbul etmirik. Qardaşlıq sadəcə yaxşı günlərdə xatırlanan bir söz deyil; bu, çətin günlərdə göstərilən sədaqətdir. Evləri şüşədən olanlar qardaşlarının evinə daş atmamalıdırlar.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri gündəlik mübahisələrdən çox kənarda olan bir bağdır. Bu bağı siyasi hesablamalara və müvəqqəti gərginliyə qurban verməməliyik”.
Süleyman












































