
Yeni Zelandiya, NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək üçün Kanadanın rəhbərlik etdiyi Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq təklifini rədd edib.
Newscenter-az xəbər verir ki, bu barədə RNZ radiosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Radio stansiyası Yeni Zelandiya nazirliyindən bunları sitat gətirib:
"Mövcud dəlillər göstərir ki, müdafiə sənayesi xüsusi müdafiə maliyyələşdirmə mexanizminin yaradılmasından daha çox bazar imkanlarını yaxşılaşdıran tədbirlərdən faydalanacaq".
Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Yeni Zelandiyanın DSRB-yə ilkin töhfəsi təxminən 56 milyon dollardır və sonrakı xərclər potensial olaraq daha da artacaq. Qeyd olunur ki, Yeni Zelandiyanın qərarı avqustun sonlarında Kanadaya çatdırılıb. Yeni Zelandiya NATO üzvü deyil.
Daha əvvəl Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukraynanın DSRB-nin yaradılmasında iştirak etmək istəklərini açıqladığı bildirilmişdi. Maliyyə konsorsiumunun baş ofisi Monrealda yerləşəcək və hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir.
Anar










































